Xəbər verdiyimiz kimi, 2014 -cü illə müqayisədə 2015-ci ildə Azərbaycan bələdiyyələrinin büdcə gəlirləri 40 % -dək azalıb. Azalmaya münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında bildirib ki, yerli büdcə gəlirlərinin azalmasını üç amillə əlaqələndirmək olar:
- Birincisi bələdiyyə vergilərinin nəğd şəkildə alınmasının qanunla qadağan olunduğundan həm əhali həm də bələdiyyələr hələ bu tam hazır deyillər. Sözsüz ki, nəğd şəkildə vergilərin alınmasının qadağan olunması şəffaflığın təmin olunmasına xidmət edir. Amma, təəsüf ki, bizdə hələ də vergilərin könüllü şəkildə ödənilməsi mədəniyyəti formalaşmayıb.
Düşünürəm ki, bu gün yerli vergilərin ödənməsiylə ilə əlaqədar vergi ödəməyən ödəyicilərə qarşı hər hansı bir formada təsir mexanizminin qəbul edilməsi zəruriəti yaranıb.
- ikinci səbəb kimi bələdiyyələrin torpaq fondlarında satışa çıxarılacaq torpaqların azalmasında görürəm. əvvəlki illərdə torpaq satışından da bələdiyyə büdcələrinə kifayət qədər vəsait daxil olurdu.
- Üçüncüsü səbəb kimi sanatoriya kurort, mehmanxana və tirizm xidmətlərindən, o cümlədən dayanacaqlardan daxil olan rüsumların azlığında görürəm. Yaxşı haldır ki, bu sahələrdə müəyyən artımlar hiss olunur. Amma adıçəkilən sahələr tam əhatə olunarsa daxil olan rüsumların miqdarı dəfələrlə arta bilər.
Belediyye.info